“Komrad” MMC də süni qıtlıq və bahalaşmanın güdazına getdi

“Komrad” MMC də süni qıtlıq və bahalaşmanın güdazına getdi

“Komrad” MMC də süni qıtlıq və bahalaşmanın güdazına getdiSüni qıtlıq yaratma əlamətləri üzrə daha bir şirkət barədə iş qaldırılıb

Manatın məzənnəsinin dəyişdirilməsi ilə istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı istehlak bazarında “Tulçinka” yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan “Komrad” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nəzarət tədbirləri davam etdirilir.
BOLGEXEBER.COM
26-02-2015, 19:10
Geri qayıt