Əsas səhifə > Mədəniyyət > Tanınmış sumqayıtlı rəssamın rəngarəngli həyat nağılı-VİDEO

Tanınmış sumqayıtlı rəssamın rəngarəngli həyat nağılı-VİDEO


29-03-2015, 12:19
Tanınmış sumqayıtlı rəssamın rəngarəngli həyat nağılı-VİDEOUşaq vaxtlarında hamının küçə-bacada oynadığı vaxt, o evdə şəkillər çəkib...

Rəssamlq təsviri incəsənətin ən qədim növlərindən biridir.Hər bir rəssam öz əsərlərinə can verib ruhunu ifadə etməyə çalışır.Belə rəssamlardan biri də məhz Namiq Cavaddır. Namiq Cavad 1971-ci ildə Sumqayıt şəhərində doğulub. Uşaq vaxtlarında hamının küçə-bacada oynadığı vaxt, o evdə şəkillər çəkib. Bunu görən valideyinləri onu məktəbin rəsm dərnəyinə yazıb.İlk təhsilini elə Telman Yaqubovun rəsm dərnəyinə getdiyi 27 saylı məktəbdə alıb.1991-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq texnikumunu, 1996 – N.Tusi adına Azərbaycan Pedaqoji İnstitutun bədii qrafika fakultəsini bitirib.
Türkiyədə 2001 –ci ildə Beşiktaşda, 2000 – ci ildə isə, İstanbul sənət qalereyasında fərdi sərgiləri keçirilib. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Əsərləri dünyanın bir çox yerlərində o cümlədən Türkiyə, Amerika , Almanya, Fransa, Hindistan və digər yerlərdə satışa çıxarılır. Sumqayıtda ilk özəl - CAVAD ART GALAREYA şəkil qalereyasının sahibidir.

BTV tanınmış sumqayıtlı rəssam Namiq Cavadla söhbətləşib. Həmin müsahibəni təqdim edirik:

Tanınmış sumqayıtlı rəssamın rəngarəngli həyat nağılı-VİDEO

Geri dön