Əsas səhifə > Video > Millət vəkili vətəndaşı döydü- ÜZÜMƏ ŞAPALAQLA VURARAQ DEDİ Kİ… (FOTO+VİDEO)

Millət vəkili vətəndaşı döydü- ÜZÜMƏ ŞAPALAQLA VURARAQ DEDİ Kİ… (FOTO+VİDEO)


24-12-2016, 11:26
Millət vəkili vətəndaşı döydü- ÜZÜMƏ ŞAPALAQLA VURARAQ DEDİ Kİ… (FOTO+VİDEO)Dünən Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında Milli Məclisin deputatı İqbal Məmmədov qalmaqal yaradıb

Gununsesi.info-nun hadisə yerində olan əməkdaşının xəbərinə görə, deputat adıçəkilən ünvanda “Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olaraq orada mənzil aldığını və həmin mənzil üçün qapı gətirdiyini deyib. Lakin binanın mühafizəçisi Ramazan Priyev deputata şirkətin icraçı direktoru Adil Hüseynovu gözləməyi məsləhət görüb. Mühafizəçinin bu sözündən qəzəblənən deputat ona yaxınlaşaraq, sillə ilə üzünə bir neçə dəfə vurub və təhqir edib.
Deputatın təhqirlərini və zorakılığını seyr edən Ramazan Priyev çıxış yolunu DİN-nin 102 xidmətinə zəng etməkdə görüb.
Hadisə yerinə polis əməkdaşları gələrkən, İqbal Məmmədov 10 AA 715 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilinə əyləşərək, oranı tərk edib.
Gununsesi.info-nun əməkdaşı deputatın özü ilə əlaqə saxlayıb. Əvvəlcə olayı təkizb etməyə çalışan İqbal Məmmədovla söhbətimizi olduğu kimi təqdim edirik:
-İqbal müəllim, sizin bir neçə dəqiqə əvvəl vətəndaşı döyməyinizlə bağlı nə deyə bilərsiniz? Nə baş verdi ki, vətəndaşa əl qaldırdınız?
–Kim deyir, bunu sizə? Belə bir şey olmayıb. Deputat niyə vətəndaşı vurmalıdır? Mənim heç nədən xəbərim yoxdur.
-Amma sizin bir neçə dəqiqə əvvəl Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında olmağınızı əks etdirən fotolar, şahidlər var. Həmçinin, DİN-in 102 xidmətinə zəng olunub…
–Mən oraya bir dostumla getmişəm. Söhbət edib qayıtmışam…
-O zaman polis niyə gəlib, həmin əraziyə?
–İndi onlar böhtan atır. Sizə də məsləhət görürəm ki, burada yazılacaq nəsə yoxdur. Gedin başqa mövzulardan yazın..
P.S.Yazı saytımızda yayıma hazırlanarkən deputatın döydüyü Ramazan Priyev redaksiyamızla əlaqə saxlayıb.
O, bildirib ki, İqbal Məmmədov şirkətin icraçı direktoruna zəng edərək, yenidən onları hədələyib:
“Zəng edib bildirir ki, əgər bu məsələ mediaya çıxacaqsa, Ramazan Priyevi həbs etdirəcəm”.
Mövzunu diqqətdə saxlayacağıq.

Millət vəkili vətəndaşı döydü- ÜZÜMƏ ŞAPALAQLA VURARAQ DEDİ Kİ… (FOTO+VİDEO)
Millət vəkili vətəndaşı döydü- ÜZÜMƏ ŞAPALAQLA VURARAQ DEDİ Kİ… (FOTO+VİDEO)
Millət vəkili vətəndaşı döydü- ÜZÜMƏ ŞAPALAQLA VURARAQ DEDİ Kİ… (FOTO+VİDEO)
Geri dön