Əsas səhifə > Siyasət > Prezident MİDA-nın ilk binasının təməlini qoyub

Prezident MİDA-nın ilk binasının təməlini qoyub


24-12-2016, 12:06
Prezident MİDA-nın ilk binasının təməlini qoyubDekabrın 24-də Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlət başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verib.
Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoyub.
Sonra dövlət başçısı mərasimdə çıxış edib.
Geri dön