Əsas səhifə > Dünya > Anası sms yazdığı vaxt körpə hovuzda boğuldu-VIDEO

Anası sms yazdığı vaxt körpə hovuzda boğuldu-VIDEO


5-01-2017, 16:21
Anası sms yazdığı vaxt körpə hovuzda boğuldu-VIDEOÇində yerləşən akvaparklardan birində faciə baş verib. Anasının yaxınlığında hovuzda çimən körpə boğularaq ölüb

Buna səbəb isə anasının həmin vaxt başının telefonda sms yazmağa qarışması olub.

Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, sms-i yazıb qurtarandan sonra uşağı axtarmağa başlayan qadın onu tapa bilməyib.

Hadisə bütün təfərrüatları ilə hovuzda quraşdırılmış müşahidə videokameralarına düşüb.

Həmin vaxt xilasedicilərin harada olmasını və körpənin nəyə görə suya xilasetmə jileti olmadan girməsini isə polis araşdırır.


Geri dön