Əsas səhifə > Dünya > Bu ölkədə işsizlərə aylıq 560 avro maaş verilir

Bu ölkədə işsizlərə aylıq 560 avro maaş verilir


5-01-2017, 16:58
Bu ölkədə işsizlərə aylıq 560 avro maaş verilirFinlandiyada qəribə eksperiment start götürüb

Həmin eksperiment çərçivəsində işsizlərə aylıq 560 avro maaş veriləcək. Bu maaş zəmanətlidir, yəni heç bir halda azaldıla, yaxud kəsilə bilməz. Hələlik müavinət təsadüfi seçilmiş 2000 nəfərə verilir.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, işsizlər onlara verilən pulu hara xərclədikləri ilə bağlı hesabat verməyə borcu deyillər.

Eksperimentdə məqsəd yoxsulların və işsizlərin maliyyə çətinliklərinə görə əl atdıqları mənfi halların qarşısını almaqdır. “Maraqlıdır, pulun insanları necə hərəkət etdirəcəyini izləyəcəyik”, - ideya müəlliflərindən biri deyib.
Geri dön