Əsas səhifə > Siyasət > Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verdi - FOTO

Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verdi - FOTO


22-12-2017, 10:35
Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verdi - FOTOAzərbaycan BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamənin lehinə səs verib

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, məlumatı BMT-nin mətbuat xidməti yayıb.

Azərbaycanla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü - Böyük Britaniya, Çin, Fransa və Rusiya, habelə dünyanın aparıcı dövlətlərindən Almaniya, İspaniya, Yaponiya, Belçika, İtaliya, Norveç də Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqda qətnaməni dəstəkləyiblər.

Qeyd edək ki, ötən gecə BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə olub. 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib. 21 ölkə, o cümlədən Gürcüstan, Ukrayna, Moldova, Monqol Eli, Zambiya səsvermədə iştirak etməyiblər.
Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verdi - FOTO
Geri dön