Əsas səhifə > Dünya > Ərdoğan: Türkiyə Sudanda ada almaq istəyir

Ərdoğan: Türkiyə Sudanda ada almaq istəyir


26-12-2017, 09:52
Ərdoğan: Türkiyə Sudanda ada almaq istəyirTürkiyə Sudanın Suakin adasını almaq istəyir

Trend-in məlumatına görə, bunu Sudana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, məqsəd bu adada infrastrukturun bərpa edilməsidir: "Hazırda Suakin atılmış vəziyyətdədir. Türkiyə bu adada yerləşən tarixi məscidi də bərpa etməyə hazırdır".

Qeyd edək ki, Sudanın şimal-şərqində, Şərqi Afrika sahillərində yerləşən Suakin adası əsrlər boyu mühüm ticarət limanı olub.
Geri dön