Əsas səhifə > Dünya > Bu Afrika ölkəsində təbaşirlə taxta üzərində yayımlanan qəzet "çıxır"(FOTOLAR)

Bu Afrika ölkəsində təbaşirlə taxta üzərində yayımlanan qəzet "çıxır"(FOTOLAR)

5-01-2018, 12:13
Bu Afrika ölkəsində təbaşirlə taxta üzərində yayımlanan qəzet  "çıxır"(FOTOLAR)Qərbi Afria ölkəsi olan Liberiyada qara taxtaya yazılaraq hazırlanan divar qəzeti 17 ildir oxucuların ixtiyarına verilir

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, paytaxt Monroviada hazırlanan küçə qəzeti taxta üzərinə təbaşirlə yazılır. Qəzet ölkənin rəsmi dili olan ingiliscə xəbərlər verir.
“Daily Talk” adını alan qəzetin direktoru Alfred Sirleaf qəzetin xalqı pulsuz xəbərlərlə təmin etdiyini bildirib: “2000-ci ildən bəri oxucuları yerli və xarici xəbərlərlə tanış edirik. Qara taxta üstündə təbaşir və fotolarla hazırladığımız xəbərlərlə Liberiya xalqına pulsuz xidmət göstəririk. Məqsədimiz xalqı ölkə və dünyada baş verən hadisələr barədə məlumatlandırmaqdır”.
“Daily Talk”un gəlirləri bir neçə reklamdan ibarətdir və qəzetin 7 işçisi var. Taxtanın bəzi yerlərinə reklamlar yazan işçilər qarşılığında kamera, kağız, dəftərxana məmulatları əldə edirlər. Divar qəzetinin bölgələrdən xəbər göndərən könüllü jurnalist işçiləri də var.
Oxucularının sayı gün ərzində 5 min nəfərə çatan qəzet bəzən vacib xəbərləri digər media orqanlarından daha tez yayımlayır.

Geri dön