Əsas səhifə > Dünya > ABŞ-ın kimyəvi zavodunda yanğın baş verib - VİDEO

ABŞ-ın kimyəvi zavodunda yanğın baş verib - VİDEO


4-05-2018, 09:39
ABŞ-ın kimyəvi zavodunda yanğın baş verib - VİDEO  Birləşmiş Ştatların Luiziana ştatında yerləşən kimyəvi zavodda yanğın baş verib

“Report” TASS-a istinadən xəbər verir ki, nəticədə yanğının episentrindən 8 km radiusda yaşayan əhali təxliyyə edilib. Yanğın cümə axşamı səhər "FlowChem Technologies" zavodunda başlayıb. Müəssisənin üzərini qatı qara tüstü bürüyüb. Yerli polis əhalini həmin məntəqədən uzaq durmağa çağırıb. Hadisə yerinə yanğınsöndürənlər və digər xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub. Zərərçəkənlər barədə məlumat yoxdur.

Daha Ətraflı: https://report.az/dunya-xeberleri/diger-olkeler/abs-in-kimyevi-zavodunda-yangin-bas-verib
İstənilən məlumatdan istifadəyə yalnız report.az saytına istinad etməklə icazə verilir
Geri dön