Əsas səhifə > Analitika > Rusiya təcrid edilir: ruslar depressiyada – Sorğu

Rusiya təcrid edilir: ruslar depressiyada – Sorğu


15-05-2018, 12:08
Rusiya təcrid edilir: ruslar depressiyada – SorğuRusiyanın beynəlxalq aləmdən təcrid edildiyini düşünənlərin sayı maksimum həddə çatıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat “Levada Mərkəz” şirkətinin keçirdiyi sorğunun nəticələrində əksini tapıb. Şirkət Rusiyanın təcrid edildiyini düşünənlərin sayının 56%-ə çatdığını bildirib.

Bu təcriddən narahat olan rusların sayı isə son bir ildə 12% artaraq 37%-ə çatıb. Rusiyanın Qərblə münasibtələrini gücləndirməsi gərəkdiyini düşünənləri sayı 66%-dən 54%-ə düşüb.

“Levada Mərkəz” son illər ərzində Qərbə qarşı neqativ hislərin artdığını bildirib. Bununla belə, hələ də rusların 40%-i Qərbə müsbət münasibət bəsləyir.
Geri dön