Əsas səhifə > Siyasət > Rusiya XİN: Qüds hər iki ölkənin paytaxtı olmalıdır

Rusiya XİN: Qüds hər iki ölkənin paytaxtı olmalıdır


16-05-2018, 15:43
Rusiya XİN: Qüds hər iki ölkənin paytaxtı olmalıdırRusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın qərarı ilə başlanan münaqişəyə xarici siyasət idarəsinin rəsmi mövqeyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Zaxarovanın sözlərin görə, hətta ABŞ-ın İsraildəki səfirliyinin Qüdsdə açılmasına baxmayaraq, bu ərazi hər iki ölkənin paytaxtı olmalıdır.

O bildirib ki, ABŞ-ın Qüdslə bağlı birtərəfli qərar hüquqi əhəmiyyət daşımır, çünki üç dinin beşiyi olan bu şəhər İsrail və Fələstinin birgə paytaxtı olmalıdır:

“Ancaq bu kompromis Yaxın Şərqdə sülhün saxlanılmasına səbəb ola bilər. Rusiya onilliklər ərzində dəstəklənmiş status-kvonun saxlanılmasının tərəfdarıdır. Problemi birtərəfli formada həll etmək olmaz”.

Zaxarova qeyd edib ki, bölgədəki gərginliyin artması mənfi nəticələrə səbəb ola bilər.
Geri dön