Əsas səhifə > Dünya > Qvatemalada vulkan püskürməsi: 25 nəfər öldü

Qvatemalada vulkan püskürməsi: 25 nəfər öldü


4-06-2018, 10:22
Qvatemalada vulkan püskürməsi: 25 nəfər öldüQvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində azı 25 nəfər həlak olub.

Bolgexeber.com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bununla bağlı təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə xidmətin nümayəndəsi məlumat verib.

“RBC Noticias” kanalının yaydığı məlumata görə, 653 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Vulkandan qalxan tüstü on metrlərlə yüksəkliyə qalxıb.

Qvatemala hökuməti ölkənin bir çox bölgələrində qırmızı həyəcan elan edib.

Bundan başqa, Queqo vulkanın fəallaşmasından sonra paytaxtdakı “Aurora” beynəlxalq aeroportu fəaliyyətini dayandırıb.

Faciə ölkənin 16,6 milyon vətəndaşından 1,7 milyonuna zərər verib.

Meksika prezidenti Enrike Penya Nyeto hadisə ilə əlaqədar Qvatemalaya başsağlığı verib və yardımını təklif edib.
Geri dön