Əsas səhifə > Dünya > Şahin Şıxlinskinin restoranını sökürlər

Şahin Şıxlinskinin restoranını sökürlər


4-06-2018, 16:36
Şahin Şıxlinskinin restoranını sökürlərRusiyanın Yekaterinburq şəhərində yerli azərbaycan diasporunun lideri Şahin Şıxlinskiyə məxsus “Kaspiy” restoranının sökülməsi barədə qərar çıxarılıb

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şəhər prokurorluğu Şartaş gölünün sahilində yerləşən restoranının sökülməsinə dair məhkəmədə iddia qaldırıb, məhkəmə iddianı təmin edib.

Restoranı birinci dəfə 2016-cı ildə sökmüşdülər, amma sahibi onu yenidən inşa etdirib. Məhkəmənin qərarına əsasən 400 kvadrat metrdən çox sahəsi olan restoran qanunsuz tikilib, hansı ki, gölün sahilində stasionar iaşə obyektlərinin tikintisi qadağandır. Mülkiyyətçinin nümayəndəsi məhkəmədə kafenin qeyri-stasionar obyekt olduğunu sübut etməyə çalışıb, amma iddiaçı tərəf bunun əksini sübut edib.



Bildirilir ki, hələ 2017-ci ildə prokurorluq orqanları kafedə sanitar-epidemioloji normaların kobud pozulmasını, yanğın təhlükəsizliyi normalarına əməl edilmədiyini, lisenziyasız mallar satıldığını və torpaq sahəsinin qanunsuz zəbt edildiyini müəyyən ediblər.



2016-cı ildə restoran tamamilə sökülsə də yerində yenisi tikilib.Yekaterinburqdakı “Azərbaycan” cəmiyyətinin rəhbəri olan Şahin Şıxlinski həmin restoranının yeni layihəsini Baş Arxitektura İdarəsi və Yekaterinburqun əmtəə bazarı Komitəsi ilə razılaşdırıb. Lakin indi məhkəmənin çıxardığı qərara əsasən mülkiyyətçi obyekti üç ay ərzində öz hesabına sökməlidir.

Şahin Şıxlinskinin Yekaterinburqda böyük biznesi, o cümlədən çoxsaylı iaşə obyektləri var.
Şahin Şıxlinskinin restoranını sökürlər
Şahin Şıxlinskinin restoranını sökürlər
Geri dön