Əsas səhifə > Siyasət > Putin güc strukturlarının 6 generalını işdən qovdu

Putin güc strukturlarının 6 generalını işdən qovdu


5-06-2018, 12:45
Putin güc strukturlarının 6 generalını işdən qovduRusiya prezidenti Vladimir Putin güc strukturlarında çalışan 6 generalı vəzifədən kənarlaşdırıb

RİA Novosti xəbər verir ki, bu barədə müvafiq fərman hüquqi informasiya portalında dərc olunub.

İnformasiyaya görə, FHN rəhbərinin birinci müavini Vladimir Stepanov vəzifəsindən azad edilib.

Bundan başqa, azad edilən generallar arasında bir müddət əvvəl dövlət əmlakının talan edilməsi maddəsilə barəsində cinayət işi açılmış Kemerovo vilayətinin FHN baş idarəsinin rəhbəri Aleksandr Mamontov da yer alır.
Geri dön