Əsas səhifə > Siyasət > Kim Çen In və Donald Tramp görüşün yekunlarına dair sənəd imzalayıblar

Kim Çen In və Donald Tramp görüşün yekunlarına dair sənəd imzalayıblar


12-06-2018, 10:15
Kim Çen In və Donald Tramp görüşün yekunlarına dair sənəd imzalayıblarKoreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalanıb.

APA-nın CNN-ə istinadən verilən məlumata görə, D. Tramp imzalanmadan sonra bildirib ki, bu, hərtərəfli əməkdaşlığa dair sənəddir: "Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətli addımlayırıq. Dünya və Şimali Koreya arasında münasibətlər bu sənədin imzalanmasından sonra tam dəyişəcək. Biz dünya üçün çox böyük və çox təhlükəli problemin həllinə çalışacağıq”.


Şimali Koreya liderini Ağ evə dəvət edən Tramp bu gün Sinqapurda baş verənlərdən qürur duyduqlarını dilə gətirib. O, Kim Çen Inla bundan sonra da görüşlər keçirəcəyini bildirib.

KXDR lideri isə dünyanın mühüm dəyişikliklərin şahidi olacağını deyib.
Geri dön