Əsas səhifə > Siyasət > Rusiya “terrorizmin sponsoru” adlandırıldı

Rusiya “terrorizmin sponsoru” adlandırıldı


26-06-2018, 11:00
Rusiya “terrorizmin sponsoru” adlandırıldıRusiya bilərəkdən terrorçuluğu maliyyələşdirir və Donbasda saxlanılan ukraynalılara işgəncə verir

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin diplomatik korpus nümayəndələri üçün keçirilən “Rusiyanın cinayətləri” adlı brifinqdə deyib.

Nazir əlavə edib ki, Kiyev Rusiyanın dünyada təcavüzkar ölkə kimi tanınması üçün əlindən gələni edir.

“Bunun arxasında kimin durduğunu, həmçinin Rusiyanın işgəncələrdə iştirak edən və bunu qəsdən tətbiq edən terrorçuluğu və buna qatılan insanları şüurlu şəkildə maliyyələşdirən ölkə kimi məsuliyyətini göstərmək çox vacibdir”, – deyə o bildirib.
Geri dön