Əsas səhifə > Fotoqalereya > Ordumuzun ən gözəli XANIM XÜSUSİ TƏYİNATLISI HAMINI HEYRAN ETDİ - FOTO

Ordumuzun ən gözəli XANIM XÜSUSİ TƏYİNATLISI HAMINI HEYRAN ETDİ - FOTO

26-06-2018, 17:11
Ordumuzun ən gözəli XANIM XÜSUSİ TƏYİNATLISI HAMINI HEYRAN ETDİ - FOTOAzərbaycan Silahlı qüvvələrində qadınların olması nadir hadisə deyil. Hazırda ordumuzda zabit, gizir, çavuş və s. rütbəsi olan yüzlərlə qadın xidmət edir

Bəşəriyyətin gözəl nümayəndələri hələ qədim dövrlərdən öz qəhrəmanlığı ilə fərqlənirdi. Əfsanəvi qəhrəmanlarımız Koroğlu, Qaçaq Nəbi həyat yoldaşları - Nigar və Həcər ilə çiyin-çiyinə mübarizə aparıblar. İkinci Dünya Müharibəsi zamanı cəsur pilotlar Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədov, Sona Nuriyeva, hərbi həkim Züleyxa İsmayılova, Safiya Rüstəmbəyova, Kübra Məmmədova, Suğra Paşayeva, Səkinə Əliyeva, Sara Mirnağızadə və başqaları çoxsaylı döyüşlərdə qəhrəmanlıq nümayiş etdiriblər. Qarabağ müharibəsi dövründə iki mindən artıq hərbçi qadın və onlardan 600 nəfəri birbaşa hərbi əməliyyatlarda iştirak edib.
Qadınlar könüllü şəkildə Azərbaycan Silahlı qüvvələri xidmətinə daxil olur və onların xidməti Hərbi Xidmət Haqqında Əsasnamə ilə tənzimlənir. Qadın hərbçiləri ölkənin Silahlı Qüvvələrində, kargüzarlıq, təhsil, tibbi yardım göstərilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi sahələrində çalışır. Onlar arxa cəbhədə, kəşfiyyat və digər qoşun növlərində xidmət edir. Göstərdikləri xidmətlərə görə, qadın hərbiçilərə mayor, polkovnik-leytenant kimi yüksək zabit rütbələri verilib.

Onların arasında gözəl və xüsusi təyinatlılardan biri olan Tehranə Bəhruzi var ki, hətta "Miss Top Model 2015 II Vice Miss" beynəlxalq nominasiyanın qalibi olub.

Publika.az xəbər verir ki, Azərbaycan gözəli və xüsusi təyinatlısı Tehranə Bəhruzi Azərbaycan Silahlı qüvvələrinin 100 illiyi münasibətilə fotosessiya etdirib. Fotoların müəllifi Ramin Aslanovdur.

Geri dön