Əsas səhifə > Dünya > Atatürk aeroportu təyyarələrin uçuş və enişini dayandırıb

Atatürk aeroportu təyyarələrin uçuş və enişini dayandırıb


28-06-2018, 09:27
Atatürk aeroportu təyyarələrin uçuş və enişini dayandırıbAxşam saatlarında İstanbula yağmağa başlayan güclü yağış, şimşək və göy gurultusu şəhərdə hava nəqliyyatına mənfi təsir göstərib

“Report” Türkiyə mətbuatına istinadla xəbər verir ki, pis hava şəraiti səbəbindən təyyarələr Atatürk hava limanına eniş edə bilməyiblər.

Aeroporta enməli olan təyyarələr havada dövr etmək məcburiyyətində qalıb. Bu səbəbdən aeroporda eniş və uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Geri dön