Əsas səhifə > Sosial > İşıqpulu artırılır?.. - Tarif Şurasından AÇIQLAMA

İşıqpulu artırılır?.. - Tarif Şurasından AÇIQLAMA


29-06-2018, 13:10
İşıqpulu artırılır?.. - Tarif Şurasından AÇIQLAMATarif Şurası enerji qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda enerji tariflərinə yenidən baxılması müzakirə mövzusu deyil.

Bəzi saytların yaydığı məlumata görə, "Azərenerji" və "Azərişıq" ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edib. Müraciətlə enerji qiymətlərinin 14-16 qəpiyədək qaldırılacağı bildirilib.

Bu qəbildən olan xəbərlər sosial şəbəkələrdə müzakirələrə və panikaya səbəb olub.

Xatırladaq ki, 2016-cı ildə edilən dəyişikliklə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşib.
Geri dön