Əsas səhifə > Müsahibə-Reportaj > "Evli kişiylə görüşəndə sənin qədrini bilir"

"Evli kişiylə görüşəndə sənin qədrini bilir"


26-06-2019, 13:45
"Evli kişiylə görüşəndə sənin qədrini bilir"Son zamanlar iddialı açıqlamalar verən müğənni Leyla Nur bu dəfə həmkarları barədə tənqidi fikir səsləndirənlərə qarşı çıxıb

Sənətçi bildirib ki, bəzi peşə sahiblərinin beş sevgilisi olduğu halda, onlardan danışan yoxdur:
"Bütün sahələrdə əxlaqlı insanlar da var, əxlaqsızlar da. Sadəcə, biz göz önündə olduğumuz üçün daha çox tənqid olunuruq. Elə həkimlər, müəllimlər var ki, eyni vaxtda beş sevgilisi var. Amma bundan danışan yoxdur. Hamı güdür ki, hansı müğənni kimlə görüşür. Məgər müğənni insan deyil?"
Leyla Nur sənətçilərin evli insanla görüşməsinə də normal yanaşdığını deyib:
"Subay adam gec-tez səni atıb gedəcək. Ailəsindən ayrılmış kişi isə normal adam olsaydı, ayrılmazdı. Ona görə də ən yaxşısı evli insanla görüşməkdir. Çünki sənin qədrini bilir".
Qeyd edək ki, Leyla Nur mərhum meyxanaçı Aydın Xırdalanlının "Aldatdın" mahnısınını oxuduğuna görə tənqidlərə məruz qalmışdı. (Ölkə.az)
"Evli kişiylə görüşəndə sənin qədrini bilir"
"Evli kişiylə görüşəndə sənin qədrini bilir"
Geri dön