Əsas səhifə > İdman > Azərbaycan millisi Xorvatiyaya qarşı

Azərbaycan millisi Xorvatiyaya qarşı


9-09-2019, 10:17
Azərbaycan millisi Xorvatiyaya qarşıAzərbaycan millisi Xorvatiyaya qarşı"Avro-2020"nin seçmə mərhələsində VI turun oyunları keçirilir.

Bu gün Azərbaycan millisi də növbəti matçında çıxacaq.

Nikola Yurçeviçin komandası doğma azarkeşləri önündə adlı-sanlı Xorvatiyanı qəbul edəcək.

Keçirdiyi 4 görüşün hamısında meydanı başıaşağı tərk edən millimizin son dünya çempionatının finalçısına qarşı necə çıxış edəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu saat 20:00-da başlayacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VI tur
E qrupu
9 sentyabr
20:00. Azərbaycan - Xorvatiya
Baş hakim: Sandro Şarer
Baş hakimin köməkçiləri: Stefan De Almeyda, Alain Heiniqer
Dördüncü hakim: Fedayi San
(hamısı İsveçrə)
Hakim-inspektor: Aleksandru Dyakonu (Moldova)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Bakı. “Bakcell Arena” stadionu


Geri dön