Əsas səhifə > Xəbərlər > Eyyub Hüseynovun qızı vəfat etdi

Eyyub Hüseynovun qızı vəfat etdi


11-09-2019, 15:46
Eyyub Hüseynovun qızı vəfat etdiAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib

Bu barədə Sputnik Azərbaycan-a Eyyub Hüseynovun özü məlumat verib. Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib.

E. Hüseynov bildirib ki, Xumar bir ildir ki, ağciyərində aşkarlanmış xərçəng xəstəliyinə görə müalicə alırmış.

O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib: “Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm”.
Geri dön