Əsas səhifə > Xəbərlər > Mahir Emrelinin evindən 60 min manatlıq oğurluq

Mahir Emrelinin evindən 60 min manatlıq oğurluq


11-09-2019, 16:10
Mahir Emrelinin evindən 60 min manatlıq oğurluqAzərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Geri dön