Əsas səhifə > Xəbərlər > Fəzail Ağamalı Dövlət Bayrağı günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Fəzail Ağamalı Dövlət Bayrağı günü münasibətilə Azərbaycan xalqını təbrik edib


8-11-2019, 17:51
Fəzail Ağamalı Dövlət Bayrağı günü münasibətilə Azərbaycan xalqını təbrik edibAna Vətən Partiyasının sədri millət vəkili Fəzail Ağamalı Dövlət Bayrağı günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Təbrikdə deyilir:
Dəyərli soydaşlar!
9 noyabr Dövlət Bayrağı günü münasibətilə Sizləri təbrik edirəm!
Soy kökümüzün, dini dəyərlərimizin, müasirliyin, bütövlükdə milli dövlətçiliyimizin simvolu olan üçrəngli bayrağımız azadlıq və müstəqillik uğrunda apardığımız mücadilənin nəticəsidir.
Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin atributu kimi hər birimiz üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi 1990-cı ilin noyabrında bir daha və əbədi olaraq Ulu öndərimiz Heydər Əliyev tərəfindən rəsmi status qazanan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizin nümnəsidir. Bayrağımızın itirilmiş torpaqlarımızda dalğalanması günü uzaqda deyil!
Bayraq Gününüz mübarək olsun! Bayrağımızı sevək, kimliyimizi unutmayaq və dəyərlərimizə sahib çıxaq!

Geri dön