Görünməmiş oğruluq hadisəsi
17-08-2011, 17:10
Oxunub: 5 764
Almaniyanın Köln şəhərində qəribə oğruluq hadisəsi baş verib.
Bu ölkədə telefon dükanı işlədən Erkan Kınay və Erdinç Aslanın iş yerinə girən naşı oğru telefon əvəzinə boş qutuları oğrulayıb. Bolgexeber.com Türkiyənin “Milliyət” qəzetindən əldə etdiyi xəbərə görə, çoxlu sayda qiymətli mobil telefonların olduğu dükanın sahibləri səhər iş yerinə daxil olarkən əsl şok yaşayıblar. Böyük məbləğdə ziyana düşdüklərini zənn edən mağaza sahibləri iş yerlərini yoxlayarkən iPhone 4 və başqa mobil telefonların yerində qaldıqlarını görüblər. Mağazaya qiymətli telefonları oğrulamaq həvəsilə girən oğru çaşqınlıqdan boş qutuları özü ilə götürüb və aradan çıxıb. Oğrunun belə səriştəsiz və naşı çıxması dükan sahiblərini sevindirib.
Mağaza sahibləri dükana daha təhlükəsiz qapı qoyacaqlarını deyib, oğruya da tövsiyə ediblər ki, növbəti dəfə oğurluğa gedərkən öz “işinə” daha çox diqqət və zaman ayırsın.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə