BolgeXeber.Com » İdman » Ermənilər Bakıya gəlir

Ermənilər Bakıya gəlir

17-08-2011, 17:25
Oxunub: 6 045 Ermənistan yığmasının baş məşqçisi Rafael Meqrabyan Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində yığmasının psixoloji vəziyyəti ilə bağlı açıqlama verib.

Bolgexeber.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sentyabrın 22-dən oktyabrın 10-na kimi keçiriləcək çempionatda yığmasının psixoloji problemlər yaşamadığını deyib: “Bu dünya çempionatıdır. Bizim üçün orada qalib gəlmək çox mühüm olacaq. 1-8-ci yerləri tutan idmançılar Olimpiadaya vəsiqə qazanacaqlar. Bütün boksçularımız dünya çempionatına psixoloji olaraq hazırdırlar. Fərqi yoxdur biz harada çıxış edirik. Rinq rinq olaraq qalır və hər dəfə qalibiyyət üçün mübarizə aparmaq lazımdır”.