BolgeXeber.Com » Gündəm » 7 rayonun icra başçısına xəbərdarlıq edilib

7 rayonun icra başçısına xəbərdarlıq edilib

11-02-2014, 05:40
Oxunub: 12 939 2014-cü il kütləvi şəkildə icra başçılarının dəyişdirilməsi ilə yadda qalacaq

Bu barədə məlumatlı xəbər mənbələri söyləyiblər.Bildiyiniz kimi fevralın 5-i prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti Başçıları və müvafiq qurumların rəhbərləri ilə görüş keçirmişdir. Görüş “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı”nın icrasına həsr olunub. Bildirilir ki, görüşdə bir sıra rayonların icra başçılarına ciddi xəbərdarlıq edilib . Bolgexeber.com bildirir ki, yaxın vaxtlarda 10-a yaxın icra başçısının işdən çıxarılması barədə artıq qərar qəbul edilib. Həmin icra başçılarının işdən çıxarılma meyarları onlardan edilən şikayətlərin səviyyəsi və rəhbəri olduqları rayonda tələb olunan işləri vaxtında görə bilməmələridir.

Mənbə bildirir ki, ən çox şikayət gələn rayonların siyahısı artıq dəqiqləşib. Belə ki, Bolgexeber.com-un əldə etdiyi məlumata görə adı qara siyahıya düşən icra başçıları Lerik, Neftçala, Astara, Kürdəmir, Ağcabədi, Ağsu və Tovuz rayonlarının icra başçılarıdır. Əldə etdiyimiz məlumatlara görə, adı "qara siyahı"da olan məmurlar neçə illərdir ki, vəzifədədirlər və külli miqdarda vəsait sahibləridir.

Əlbəttə ki, hansısa məmura etimad göstərilib vəzifəyə təyin olunursa, həmin şəxs dövlət və dövlətçiliyin inkişafına, vətəndaşları narahat edən problemlərin həllinə çalışmalıdır. Amma təəssüflə qeyd edə bilərik ki, yaşadığımız ölkədə bir çox məmurlar öz vəzifələrindən sui-istifadə etməklə məşğuldurlar. Belələrinin sonu isə bir çox hallarda yaxşı qurtarmır. Ona görə də vəzifəyə təyin olunmuş şəxs çalışmalıdir ki, ona göstərilmiş etimadı doğrultsun. Yoxsa, rüşvət almaqla, süründürməçilik yaratmaqla vətəndaşları dağa-daşa salmasın.
Bolgexeber.com