BolgeXeber.Com » Bölgə » Ağdaşda prezidenti aldadıblar

Ağdaşda prezidenti aldadıblar

4-09-2010, 12:20
Oxunub: 7 441
Rayonda su məsələsi hələ də öz həllini tapmayıb


Pezidentin Ağdaş səfəri zaman nəzərdə tutulan obyektlərin açılışında iştirak edən dövlət başçısına hər şeyin qaydasında olduğunu bildiriblər. Belə ki, “Diaqnostika Mərkəzinin” acılışı normal olsada digər sahələri tamamlamadıqları üçün ölkə başçısını aldatmaq məcburiyyətində qalıblar.

Rayon sakinlərinin “Bolgexeber”-e verdiyi məlumata görə nəzərdə tutulan əsas məsələlərdən biri də Ağdaşda 7 artezan quyularının istifadəsi nəzərdə tutulmuşdur. Lakin quyuların hazır olmamasını görən İcra başcısı Rafiq Niftəliyev ölkə rəhbərliyini “əziyyət çəkib artezan quyularının yanına getməməsini, həmin artezandan gələn suyu borular vasitəsi mərkəzə gətiriləcəyini bildirib”.

Təbii ki, prezident İlham Əliyev bunu qayğıkeşlik kimi nəzərə alaraq İcra başcısına inanıb.

Daha sonra sakinlərin bildirdiyinə görə Prezidentin səfəri bitəndən sonra xeyıli müddətdə su olmadı. Daha döğrusu prezidentə “pakazuka” nümayiş etdirmək bir-birinə calaşdırılan əldəqayırma turbalar partlayıb və su əndazəsində cıxıb

Xatırladaq ki, bu məsələnin üstündən xeyli vaxt keçsə də Ağdaşda su məsələsi problem olaraq qalır.