BolgeXeber.Com » Media » İki jurnalist və bir vəkil saxlanildi

İki jurnalist və bir vəkil saxlanildi

19-08-2011, 19:15
Oxunub: 4 958 Onlar Gəncədə çəkiliş edərkən tutulub və polis idarəsinə aparılıblar

Bu gün saat 18 radələrində Gəncədə sökülən evlərlə bağlı çəkiliş aparan “Azadlıq” qəzetinin reportyoru Ramin Deko, “Bizim yol” qəzetinin əməkdaşı Hacı Zeynallı və hüquqşünas Xalid Bağırov mülki geyimli şəxslər tərəfindən saxlanılıb. “Yeni Müsavat”a bu barədə məlumatı saxlanılan Ramin Deko verib.
Jurnalist deyib ki, saxlandıqları vaxt onlar Gəncədə sökülən binaların şəkillərini çəkirmişlər: “Bu zaman 3 nəfər mülki geyimli şəxs bizə yaxınlaşdı. Özlərini təqdim etmədilər. Biz onlardan kim olduqlarını soruşduq. Dedilər ki, icra hakimiyyətinin işçiləriyik. Hətta “polis idarəsində bizi yaxşı tanıyarsız” deyib üçümüzü də saxladılar. İndi biz Kəpəz rayon polis şöbəsinin rəisi Ədalət Sadıqovun yanındayıq. Bizi bir saata yaxındır ki, qanunsuz olaraq saxlayıblar”.

Jurnalistlər çəkilişdən sonra məhkəməyə gedəcəkmişlər.