BolgeXeber.Com » Media » “Xural” qəzeti gündəlik nəşr olunacaq

“Xural” qəzeti gündəlik nəşr olunacaq

21-08-2011, 12:20
Oxunub: 4 099 Həftəlik qəzet olan “Xural” yaxın vaxtlarda gündəlik nəşrə keçir.

Bolgexeber.com-un məlumatına görə, “Xural” qəzeti həftənin 5 günü deyil, bütün günləri, hətta bazar günü də nəşr olunacaq. Artıq qəzetin gündəlik yayıma keçməsi ilə bağlı hazırlıqlar başlanıb, əməkdaşlıq ediləcək şəxslərlə danışıqlar aparılıb. Hazırda qəzetin gündəlik yayımı üçün lazım olan texniki avadanlıqların alınması prosesi gedir. “Xural”ın gündəlik nəşrə başlaması ilə bağlı baş redaktor Əvəz Zeynallı ilə əlaqə saxladıq.

Ə.Zeynallı bu xəbəri təsdiqləsə də planlar və görüləcək işlər haqqında geniş danışmaq istəmədi: “Heç nə demək istəmirəm. Hər şeyi yaxın gələcəkdə özünüz görəcəksiniz”.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Xural” qəzeti ölkədəki ictimai-siyasi proseslərə radikal mövqeyi ilə tanınır. Xatırladaq ki, Azərbaycanda hazırda təkcə “Yeni Müsavat” qəzeti həftənin bütün günləri nəşr olunur.