BolgeXeber.Com » Müsahibə-Reportaj » Misir Mərdanov: "Biz ciddi seçim aparırıq"

Misir Mərdanov: "Biz ciddi seçim aparırıq"

4-09-2010, 18:20
Oxunub: 5 727
Təhsil naziri məktəblərə müəllim qəbulundan danışıb

Bu gün təhsil işçilərinin ümumrespublika konfransı keçirilib. Konfransda yeni tədris ili ərəfəsində təhsildə baş vermiş yeniliklər və görülən işlər barədə hesabat verilib.

Konfransda iştirak edən təhsil naziri Misir Mərdanov Azərbaycanın ümumtəhsil məktəblərinə müəllim qəbulunda yenilik olduğunu bildirib. “Azərbaycanın gələcəyi onun təhsili ilə bağlıdır. Deməli təhsil müəssisəsinə - məktəbə məbəd kimi baxmalıyıq. Məbədə isə hər kəsi buraxmaq olmaz”.

Nazir bildirib ki, seçimdə insan amili olmayacaq və hər bir seçim mərhələsində yalnız kompüterlər vasitəsilə həyata keçiriləcək.

M.Mərdanov qeyd edib ki, bu il Bakı şəhərində cəmi 197 vakant müəllim yeri elanı verilib. “Mənə verilən məlumata görə, elə yer var ki, bir yerə 30 nəfər sənəd verib. Bura heç kim, mən də müdaxilə edə bilmərəm. Beləliklə biz məktəblərimizi məktəbə və məbədə layiq olmayan insanlardan təmizləyəcəyik və təmizləyirik”, - deyə o bildirib./Bolgexeber.com/