BolgeXeber.Com » Media » İctimai Palata Baş redaktora görə bəyanat verdi

İctimai Palata Baş redaktora görə bəyanat verdi

26-08-2011, 23:15
Oxunub: 4 489 İctimai Palatanın Koordinasiya Şurası “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərliyə qarşı qaldırılmış cinayət işi ilə bağlı bəyanat verib.


Bolgexeber.com-un məlumatına görə, qurumun qəbul etdiyi bəyanatda bildirilir ki, qəzeti 60 min manatdan çox vergdən yayınmaqda ittiham etmək reallığa uyğun deyil və bu mətbuata qarşı təzyiqdir. İctimai Palata Azərbaycanda söz azadlığını müdafiə etdiyini və media üzərinə basqıların demokratikləşmə prosesinin əleyhinə olduğunu bəyan edib. Qurum hakimiyyətdən “Gündəm Xəbər” qəzetinə qarşı təzyiqləri dayandırmağı, qəzetin baş redaktoruna qrşı qaldırılmış cinayət işinin ləğv olunmasını tələb edib.

Onu da qeyd edək ki, baş redaktor Şirin Cəfərli bu gün Respublika Prokurorluğuna çağırılıb. Dindirmə aparılıb və ondan izahat alınıb. Bundan sonra prokurorluğun əməkdaşları qəzetin redaksiyasında axtarış aparılıblar.