BolgeXeber.Com » Bölgə » Məktəbli faciəvi şəkildə həlak oldu

Məktəbli faciəvi şəkildə həlak oldu

7-09-2010, 10:30
Oxunub: 6 284
9-cu sinif şagirdinin başı traktor təkərinin altında qaldı

Bərdə rayonunda bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan "Bolgexeber"-e verilən məlumata görə, Xəfilli kənd sakini 14 yaşlı İnşallah Şıxıyev ehtiyatsızlığın qurbanı olub.

Belə ki, İ. Şıxıyev sentyabrın 7-nə keçən gecə Xəfilli kəndi ərazisində 35 yaşlı Namiq Hüseynovun idarə etdiyi 59 QT 025 dövlət qeydiyyat nişanlı T-28 markalı traktorun qoşqu hissəsinə çıxmaq istəyərkən yıxılıb. Nəticədə İ.Şıxıyevin başı traktorun ön təkərinin altına düşüb və aldığı ağır xəsarətdən hadisə yerindəcə keçinib.

İ.Şıxıyev Xəfilli kənd orta məktəbinin 9-cu sinfində oxuyurdu.

Faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.