Eynulla Fətullayevin toyu “Monte Kristo”da olacaq
26-08-2011, 23:20
Oxunub: 4 556
Bolgexeber.com xəbər verir ki, jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev evlənir. Toy sentyabrın 26-sı Bakıda olacaq.
Jurnalist “Kiminlə ailə qurursunuz” sualını bir kəlmə ilə cavablandırıb: “Həkimdir”. 1976-cı ildə Bakıda anadan olan Eynulla Fətullayev jurnalist fəaliyyəti boyunca “İstiqlal” qəzetində, ANS televiziyasında, “Monitor” jurnalında çalışıb. 2005-ci ildə “Realnı Azerbaydjan”, “Gündəlik Azərbaycan” qəzetlərini və “Azerbaydjan v mire” jurnalını yaradıb. Hazırda bu nəşrlər fəaliyyət göstərmir.
Eynulla Fətullayev 2007-ci ildən ayrı-ayrı üç hökmlə həbsdə olub. Bu il mayın 26-da əfvə düşüb.
Həbsdən çıxandan sonra “İnsan Haqları Uğrunda” İctimai Hərəkat təsis edib.
Bolgexeber.com-un əldə etdiyi məlumata görə, jurnalistin toyu “Monte Kristo” restoranında olacaq. Həbsdən yeni çıxan jurnalistin toyu məhz bu arenada keçirməsinin məxsusi mənasının olduğu bildirilir.
Qeyd edək ki, toyu kimlərin idarə edəcəyini də öyrənmişik. Belə ki, Fətullayev ölkədə çoxlu sayda şoru-biznes adamları içərisindən öz seçimini belə edib. Toyu “Şeron” qrupu idarə edəcək. Bundan başqa, toyda həmçinin Eyyub Yaqubov və digər məşhur sənətçilər olacaq. Qonaqların sayı isə məhdud saydadır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər