BolgeXeber.Com » Sosial » Uşaq geyimləri və məktəb ləvazimatlarının qiymətinə dair monitorinq aparılır

Uşaq geyimləri və məktəb ləvazimatlarının qiymətinə dair monitorinq aparılır

7-09-2010, 11:50
Oxunub: 5 703
Məqsəd qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınmasıdır

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda uşaq geyimləri və məktəbli ləvazimatlarının satışını həyata keçirən obyektlərdə monitorinqlərə başlayıb.

İİN-dən “Bolgexeber”ə verilən məlumata görə, monitorinqlər yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətində süni artımların qarşısının almaq məqsədilə keçirilir.

Monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək. İstehlakçılardan uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində müşahidə etdikləri qiymət artımları barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermək xahiş olunur.