BolgeXeber.Com » Şou-Biznes » Natəvan futbol qumarında böyük pul uddu

Natəvan futbol qumarında böyük pul uddu

4-09-2011, 12:35
Oxunub: 4 909 Natəvan futbol qumarında böyük pul uddu

Estrada müğənnisi Natəvan Həbibi sentyabrın 2-də Azərbaycan-Belçika futbol matçının nəticəsini əvvəlcədən dəqiqliklə təxmin edərək proqnozçu istedadını nümayiş etdirib.

Qeyd edək ki, Natəvan matça cəmi bir neçə saat qalmış oyunun 1:1 hesabı ilə başa çatacağını deyib.
“Müxtəlif hadisələrin nəticələrini tez-tez təxmin edirəm. Amma düzünü desəm, futbol qarşılaşmalarının nəticəsini indiyədək proqnozlaşdırmamışdım. Bundan başqa, futbol totalizatorunda elə həmin nəticəyə stavka qoymaq qərarına gəldim. Böyük məbləğdə uduş əldə etmişəm” - deyə müğənni bildirib.