BolgeXeber.Com » Siyasət » Bu həftə Kəmaləddin Heydərov oğluna möhtəşəm toy edir

Bu həftə Kəmaləddin Heydərov oğluna möhtəşəm toy edir

5-09-2011, 12:25
Oxunub: 8 846 Toy mərasimi “Buta Palace”da keçiriləcək, mərasim üçün xüsusi ssenari hazırlanıb


Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu həftə oğlu Tale Heydərov üçün toy edəcək. Bolgexeber.com-un məlumatına görə, toy mərasimi sentyabrın 9-da “Buta Palace”da baş tutacaq. Toyda Azərbaycanın dövlətin və hökumət rəsmiləri ən yüksək səviyyədə təmsil olunacaqlar. Bundan başqa, Kəmaləddin Heydərovun dostları, qohumlar, Tale Heydərovun İngiltərədən və digər ölkələrdən olan ən yaxın dostları iştirak edəcək.

Məlumatlara görə, toyun idarə olunması üçün xüsusi ssenari hazırlanıb. Bundan başqa, toyda əsasən yerli sənətçilər və bir neçə qrup iştirak edəcək.

Qeyd edək ki, T. Heydərovun əslən Sabirabaddan olan sadə və ziyalı bir ailənin qızı ilə evləndiyi bildirilir. Gəlin rəssamdır, anası ali məktəblərin birində müəllimə işləyir, atası isə vəfat edib.

Qeyd edək ki, T. Heydərov Kəmaləddin Heydərovun iki oğlundan biridir. O, İngiltərədə London İqtisadiyyat məktəbində beynəlxalq münasibətlər və tarix üzrə bakalavr, Birkbek kollecində isə təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr dərəcəsinə malikdir.

Hazırda “Qəbələ” Futbol Klubunun və “Avropa-Azərbaycan Cəmiyyəti”nin (The European Azerbaiyan Society) prezidentidir. Bundan başqa, ailənin mənsub odluğu biznes strukturlarının idarə olunmasında əsas şəxsdir. Tale Heydərov hələ tələbə olduğu vaxtlardan digər məmur övladlarından fərqli olaraq özünü müsbət yöndən, vətənpərvər bir gənc kimi göstərməyi bacarıb. Belə ki, o, İngiltərədə böyük diaspor fəaliyyəti ilə məşğul olub. Onun rəhbərliyi altında bu ölkədə Azərbaycanın diasporu adına bir çox işlər həyata keçirilib.

Bu yaxınlarda isə sözügedən fəaliyyətinə görə Azərbaycan prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.