BolgeXeber.Com » Şou-Biznes » Səyavuş Aslanın 76 yaşı tamam olur

Səyavuş Aslanın 76 yaşı tamam olur

5-09-2011, 12:40
Oxunub: 5 030 Bu gün Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, Səyavuş Aslanın 76 yaşı tamam olur.

Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri də işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradıb. Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.