BolgeXeber.Com » Sosial » Facebook Azərbaycanda sürətlə populyarlaşır

Facebook Azərbaycanda sürətlə populyarlaşır

7-09-2011, 09:10
Oxunub: 5 404 Facebook sosial şəbəkəsinin Azərbaycandakı istifadəçilərinin sayı axır 3 ayda 20,9 faiz, yaxud 81 560 nəfər artıb. Beləliklə də 472 220 nəfərə çatıb.

Bolgexeber.com xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Facebakers-in hesabatında deyilir. Azərbaycan Facebook istifadəçilərinin sayına görə dünya ölkələri arasında ilk yüzlükdə yer alır – 93-cü yerdə.

Azərbaycan bu göstəriciyə görə Estoniya (95), Belorus (101), Qazaxıstan (105), Ermənistan (117) kimi ölkələri qabaqlayır.

Lider ölkələr isə bunlardır.

ABŞ (154 573 340 nəfər), İndoneziya (40 139 480), Hindistan (34 609 480), Türkiyə (30 280 580).

Facebook sosial şəbəkəsindən bütün dünyada 750 milyona yaxın şəxs istifadə edir.

Facebakers – Facebook şəbəkəsinin tərəfdaşıdır və sosial şəbəkə üzrə statistik məlumatları toplayır.