BolgeXeber.Com » Media » Jurnalistlər Masallıda mükafatlandırıldılar

Jurnalistlər Masallıda mükafatlandırıldılar

11-03-2014, 17:20
Oxunub: 3 404 Masallıda jurnalistlərlə Ziyalılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti görüş daha geniş auditoriyanı əhatələyib.

Bolgexeber.com bildirir ki, martın 11-də keçirilən tədbirə ölkənin aparıcı yazılı və elektron KİV-nin, ölkə televiziyalarının region təmsilçiləri, eləcə də, regionda çıxan ən tirajlı qəzet - “Cənub xəbərləri”nin təmsilçisi qatılıb. Tədbir iştirakçılarına öncə rayonda son illərdə istifadəyə verilmiş obyektlərə media-tur təşkil olunub. Jurnalistlər yenicə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, Boks, Güləş mərkəzi, Mədəniyyət evi və sair obyektlərlə, hazırda inşası davam etdirilən Diyarşünaslıq, Uşaq İncəsənət məktəbi və sair obyektlərin layihə və maketləri ilə tanış olublar. Daha sonra H. Əliyev Mərkəzində Masallı Ziyalılar Cəmiyyətinin jurnalsitlər üçün tədbiri keçirilib. Əvvəlcə, Masallının son illərdəki nailiyyətlərini əks etdirən qısametrajlı film təqdim edilib. Sonra tanınmış mətbuat nümayəndələrinə Masallı haqda obyektiv yazılarına görə mükafatlar verilib. “Kaspi”, “Xalq qəzeti”, “Cənub xəbərləri” qəzetinə, Virtualaz.org, publika.az saytlarına xatirə hədiyyələri təqdim olunub.
Bolgexeber.com