BolgeXeber.Com » Sosial » Azərbaycan ərazisində 13 mina aşkar edilərək zərərsizləşdirilib

Azərbaycan ərazisində 13 mina aşkar edilərək zərərsizləşdirilib

8-09-2011, 15:35
Oxunub: 5 874 Avqust ayında 7 ədəd tank və 6 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə BolgeXeber-ə məlumat Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən verilib.

Məlumata görə, keçən ay ərzində 2, 617, 815 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it cəlb edilib.

Qeyd edək ki, indiyədək cəmi 169, 646, 894 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı isə 663,147-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları hazırda Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Goranboy, Tərtər, Gəncə, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.