BolgeXeber.Com » Bölgə » İcra hakimiyyətinin şöbə müdiri qəza törətdi

İcra hakimiyyətinin şöbə müdiri qəza törətdi

7-09-2010, 12:20
Oxunub: 6 795
Xaçmaz İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri keçmiş polisi vurub

Xaçmaz rayon İcra Hakimiyyətinin şöbə müdiri qəza törədib. İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri İlham Quliyev idarə etdiyi “Niva” markalı maşınla Nəriman Nərimanov prospektində 1956-cı il təvəllüdlü Fikrət Şahabəttin oğlu Ağarzayevi vurub. Keçmiş polis olan, son dövrlərdə tüfeyli həyat tərzi keçirən piyada dünyasını dəyişib.

Xaşmaz rayon polis şöbəsindən faktı təsdiqləsələr də, güniş məlumat verilməyib.

İcra Hakimiyyətindən isə Fikrət Ağarzayevin 45 gündür ki, parkda yatdığı və özünü qəfildən İlham Quliyevin idarə etdiyi maşının önünə atdığı qeyd edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb. Ekspert rəyindən sonra qəzanın kimin gunahı üzündən baş verdiyi aydınlaşacaq.

Qeyd edək ki, İlham Quliyev artıq şöbə müdiri vəzifəsindən azad edilib.