BolgeXeber.Com » Şou-Biznes » Zaur Baxşəliyevin verilişi Ağcabədini ayağa qaldırdı

Zaur Baxşəliyevin verilişi Ağcabədini ayağa qaldırdı

12-03-2014, 11:55
Oxunub: 5 137 Bu dəqiqələrdə Ağcabədidə etiraz aksiyası keçirilir.

Bolgexeber.com bildirir ki, gunxeber.com-un bölgədəki əməkdaşının verdiyi məlumata görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısına 500 nəfərdən çox adam toplaşıb.

Rayon sakinləri teleaparıcı Zaur Baxşəliyevin ATV telekanalında yayımlanan “Ümid var” verilişində ağcabədililəri aşağılayan süjetlər verməsi və təhqiramiz ifadələr işlətməsinə etiraz edirlər.

İcra hakimiyyətindən sakinlərə bildirilib ki, onların etirazı lazımi instansiyalara çatdırılacaq.
Bolgexeber.com