BolgeXeber.Com » Sosial » Daha bir əsgərimiz öldü

Daha bir əsgərimiz öldü

12-09-2011, 00:35
Oxunub: 5 330 Azərbaycan ordusunun Yevlaxdakı “N” saylı hərbi hissəsində Sumqayıt RHK-dan həqiqi hərbi xidmətə çağırılmış 1989-cu il təvəllüdlü əsgər Abbasov Pərviz dünyasını dəyişib.

Bu barədə mərhumun qohumları məlumat veriblər. Onlar bildiriblər ki, əsgər Abbasovun hərbi xidməti bitirməyinə 20 gün qalıbmış. Qohumlarının bildirdiyinə görə əsgər Abbasov böyrəyində olan problemlə əlaqədar hospitala aparılıb. Daha sonra yenidən xəstə-xəstə hərbi hissəyə göndəriblər. Nəticədə pnevmaniya xəstəliyi ilə ciyərinə su dolub, zəhərlənərək dünyasını dəyişib. Xəbəri gec aldığımızdan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik.