BolgeXeber.Com » Şou-Biznes » Azərbaycanlı müğənni səfirlə rəqs etdi

Azərbaycanlı müğənni səfirlə rəqs etdi

15-09-2011, 19:00
Oxunub: 5 533 Müğənni Nura Suri Kubanının Azərbaycandakı səfiri ilə rəqs etdi.

Bolgexeber.com xəbər verir ki, Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torres, xanım müğənnimizi rəqsə dəvət etdi. Nura da səfirin dəvətini qəbul edərək, onunla oynadı. Bu maraqlı hadisə Emin Musəvinin "22-ci saat"ında baş verib.

Sən demə, rəqs etmək, cənab səfirin xobbilərindən ən sevimlisi imiş. Kubalı səfir və duet ortağı Nura Suri maraqlı rəqs nümayiş etdirdilər və tamaşaçılar tərəfindən alqışlandılar. Rəqsi bitirdikdən sonra isə ölkəmizdə fəaliyyət göstərən kubalı səfir, xanım müğənninin əlindən öpərək centlmen jesti nümayiş etdirdi.