BolgeXeber.Com » Dünya » Divarlara hakmiyyət əleyhinə şüarlar yazılıb

Divarlara hakmiyyət əleyhinə şüarlar yazılıb

16-09-2011, 20:15
Oxunub: 4 785 Güney Azərbaycanda Urmiya gölünün qurudulması ilə bağlı Tufarqan (Azərşəhr) şəhərində divarlarda şüarlar yazılıb.

Bolgexeber.com-un məlumatına görə, xəbəri Günaz TV-nin internet saytı yayıb. Divarlar üzərində “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Haray Haray mən türkəm”, “Yaşasın Azərbaycan”, “Azərbaycan canımdır – Urmu Gölü qanımdır” və s. şüarlar yazılıb.

Bu şüarlar dövlət qurumları və təhsil müəssisələrinin üzərində yazılıb.