BolgeXeber.Com » Siyasət » Gömrükdə «Eurovision» yığımı

Gömrükdə «Eurovision» yığımı

17-09-2011, 16:55
Oxunub: 4 887 Komitə işçiləri rüsumdan əlavə aldıqları pulların yarışmaya sərf olunacağını deyirlər

Bakıda keçiriləcək «Eurovision-2012» Mahnı Müsabiqəsi ilə bağlı dövlət qurumları soyğunçuluğa başlayıb. Əldə etdiyimiz məlumatlara görə, büdcə təşkilatlarında çalışanlara bildirilir ki, «Eurovision»la bağlı pul yığılır və hər kəs bu məqsədlə əmək haqqının müəyyən faizindən imtina etməlidir.

«Eurovision» soyğunçuluğu müxtəlif formalarda sıravi vətəndaşlara da tətdiq edilir. Vətəndaşlar xüsusilə Dövlət Gömrük Komitəsindən narazılıq edirlər. Dünən redaksiyamıza müraciət edən bir qrup vətəndaş bildirib ki, onlar ölkəyə xaricdən avtomobil gətiriblər. Gömrük komitəsindən onlardan dövlət rüsumundan bir neçə dəfə çox pul tələb edilib. Vətəndaşlar etiraz etdikdə isə onlara deyilib ki, əlavə pullar «Eurovision» üçün yığılır./Tia.az/