BolgeXeber.Com » Siyasət » Misir Mərdanovun aqibəti necə olacaq?

Misir Mərdanovun aqibəti necə olacaq?

17-09-2011, 17:00
Oxunub: 5 266 Yeni təhsil naziri Məleykə Abbaszadə ola bilər

Artıq bir neçə gündür ki, təhsil naziri Misir Mərdanovun vəzifəsindən gedəcəyi və onun yerinə yeni birisinin gətiriləcəyi barədə söz-söhbətlər gəzir. Ölkə mətbuatının versiyasına görə, yeni nazir BDU-nun prorektoru, Moskva Dövlət Universitetinin Bakı fililalının rektoru Nərgiz Paşayeva olacaq.

Bolgexeber.com TİA.AZ-a istinadən xəbər verir ki, verilən məlumata görə, hal hazırda Misir Mərdanovun vəziyyəti həqiqətən də ağırdır. Bu günlərdə üç müavini ilə vidalaşan nazirin bundan sonrakı günlərdə özünün də postundan gedəcəyi istisna edilmir. Amma hakimiyyətdəki mənbələr yeni nazirin Nərgiz Paşayeva olacağı barədə yayılmış məlumatları təsdiq etmirlər. Onlar bildirirlər ki, indiki məqamda iqtidar mənsubları belə bir addım atmaq fikrində deyillər.

Mənbənin dediyinə görə, hələlik Misir Mərdanovu əvəzləyəcək əsas namizədlər sırasında TQDK rəhbəri Məleykə Abbaszadə başda dayanır. Bu da onunla bağlıdır ki, Abbaszadə faktiki olaraq təhsil sistemini yaxşı bilir və indiyə qədər TQDK rəhbəri olaraq hakimiyyətin bütün tapşırıqlarını həyata keçirməyi bacarıb. Digər tərəfdən, TQDK rəhbərinin də xeyli müddətdir təhsil naziri olmasına dair istəkləri mövcuddur. Və təbii ki, əlverişli məqam yaranacağı təqdirdə bu şansı əldən verməmək üçün addım atacaq. Həmçinin nəzərə alaq ki, Abbaszadə hakimiyyətin aparıcı qruplaşmalarından biri tərəfindən dəstəklənir.