3 Polis qovuldu
19-09-2011, 16:35
Oxunub: 5 470
Korrupsiya hüquqpozmasına yol verdikləri üçün Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub.
Daxili İşlər Nazirliyindən Bolgexeber.com-a verilən məlumata görə, həmin əməkdaşlar daxili işlər nazirinin 16 sentyabr 2011-ci il tarixli əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə xidmətdən xaric olunublar.
Xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarının qanunsuz hərəkətlərinə göz yummuş 1 əməkdaş isə tutduğu vəzifədən azad edilib.
Tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə təşkil edə bilmədiklərinə görə 2 taqım komandiri ciddi xəbərdar olunub.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər